image-2000x150px
image-123
image-ads_atlas
image-40142backend

“Veysəloğlu” Şirkətlər Qrupu vətəndaşların cibinə girir – GİLEY

image-728x90px

“Veysəloğlu” Şirkətlər Qrupunun tabeliyində olan “Araz” marketləri istehlakçıları aldadır.

Doğru.Az” bizimxeber.az-a istinadən bildirir ki, müştəri Araz Məmmədov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Müştəri yazır ki, insanlar bu mağazadan alış-veriş edərkən diqqətli olmalıdırlar: “Babək prospektində yerləşən mağazadan “Uludağ” adlı içki götürdüm. Deməli vitrində 2.49 silinib endirimlə 1.89 göstərilib, çekdə isə məhsulun qiyməti 2.29 azn çıxır.

Bunun doğru olmadığını dedikdən sonra məbləği geri qaytardılar.

Belə başa düşmək olur ki, əslində məhsulun qiyməti 2.29 manatdır, vitrində qiymətdən baha 2.49 göstərib üstündən xətt çəkib 1.89 qoyurlar ki guya böyük endirim olub. Məhsulun öz qiymətindən baha yazıb endirimli göstərməyi bir yana qalsın, kassada heç endirimli qiyməti də çıxmır, öz qiymətini vururlar”.

Şikayətçi qeyd edir ki, endirimli göstərilən məhsulları gün ərzində nə qədər alıcı görüb inanıb alır, bəlkə çoxu heç fikir də vermir və aldanır: “Gərək aldığın məhsulların bütün qiymətlərini və çeki analiz edəsən, yoxsa mağaza tərəfdən aldanmağından heç xəbərin olmayacaq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki