image-2000x150px
image-123
image-ads_atlas
image-16547573062344341584_750x500backend

Vilayət Eyvazov Vaqif Əsədovu təqaüdə göndərdi

image-728x90px
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Doğru.Az“-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddətdir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki