image-n1karobka_ads
image-123
image-17034062156146761169_1200x630-1backend

Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

image-ad_qayo_720x110px

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC xəbər verir ki, Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki