image-2000x150px
image-123
image-ads_atlas
image-20191020_gaf_x99_019-pic_32ratio_900x600-900x600-86299backend

Vuçiç Serbiyada ölüm hökmünün qaytarılmasını tələb etmək niyyətindədir

image-728x90px

Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə ölüm hökmünün bərpasına çalışacağını bildirib.

O, bu barədə Serbiyanın RTS telekanalına müsahibəsində bildirib.

Vuçiçin sözlərinə görə, o, ölüm hökmünün qaytarılması üçün siyasi mübarizə aparmaq niyyətindədir, çünki Belqrad və Dubonda baş verən son qırğınlara görə başqa cəza ola bilməz. Prezident vurğulayıb ki, nə qədər ki, dövlət başçısı postunu tutur, cinayətkarların ən yüksək cəzanı alması üçün səlahiyyətindən və bütün gücündən istifadə edəcək. O qeyd edib ki, bir vətəndaş kimi hər yerdə bu haqda danışacaq.

Vuçiç deyib ki, insanlara qətliamları planlaşdıran və həyata keçirən cinayətkarların azadlığa çıxıb həyatlarına davam edə biləcəklərini izah etmək çətindir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki