image-n1karobka_ads
image-123
image-68305676ae5ac952d03794e5backend

Vyetnam hakimiyyəti Telegram-ı bloklamağı planlaşdırır

Vyetnam hakimiyyəti cinayətlə mübarizədə əməkdaşlıqdan imtina etdiyi üçün Telegram messencerinin bloklanmasına göstəriş verib.

Bu barədə Reuters yazır.

“Vyetnamın Texnologiya Nazirliyi telekommunikasiya provayderlərinə Telegram messencerinin istifadəçilərinin törətdiyi iddia edilən cinayətlərlə mübarizədə əməkdaşlıqdan imtina etdiyinə görə onu bloklamağı əmr edib”, – məlumatda deyilir.

Polis ölkədəki 9600 kanalın 68%-nin qanunu pozduğunu bildirib. Agentliyin məlumatına görə, onlar dələduzluq və narkotik alveri ilə məşğul olublar, bəziləri isə terrorizmdə şübhəli bilinir.

Telekommunikasiya şirkətləri iyunun 2-dək messencerin bloklanması və xəbər verməsi üçün tədbirlər görməlidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki