image-n1karobka_ads
image-123
image-vatsap-30844723backend

WhatsApp bir neçə ildən sonra ilk dəfə dizaynı dəyişəcək

image-ad_qayo_720x110px

“WhatsApp”ın Android 2.23.8.4-də beta versiyasının bəzi istifadəçiləri proqramın naviqasiya sisteminin tamamilə yenidən dizayn olunduğu yenilənmiş interfeysinin fərqinə varıblar.

WABetaInfo portalının məlumatına görə, indi Android messenceri daha çox iOS versiyasına bənzəyir.

Mənbə ekranın altındakı yeni naviqasiya paneli ilə tətbiqin yenilənmiş interfeysini göstərən WhatsApp ana səhifəsinin skrinşotunu paylaşıb. Qeyd olunur ki, belə həll istifadəçilərin messencerdə tablar arasında hərəkətini sadələşdirəcək.

WABetaInfo-nun məlumatına görə, Android-də WhatsApp istifadəçiləri bir neçə ildir ki, tərtibatçılardan proqramın dizaynını yeniləməyi xahiş edirlər. Xüsusilə istifadəçilər iOS-da WhatsApp-ın eyni interfeysini Android-də görmək istəyirdilər.

Hazırda yenilik bəzi beta testerləri üçün əlçatandır və yaxın gələcəkdə WhatsApp-ın stabil quruluşlarına da şamil ediləcək.

Mənbə: Haber 7

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki