image-2000x150px
image-123
image-ads_atlas
image-win11-pic_32ratio_900x600-900x600-52650backend

Windows 11, Microsoft-dan ƏS-in köhnə versiyasının xüsusiyyətini qaytaracaq

image-728x90px

“Microsoft” şirkətinin tərtibatçıları “Windows 11” əməliyyat sistemində vidcetlərin iş stoluna bərkidilməsi funksiyasının əlavə edilməsi üzərində işə başlayıblar.“Windows Central”ın mənbələrə istinadən verdiyi məlumata görə, bu funksiya “Windows 7” əməliyyat sistemindəki “Qadcetlər” funksiyasına bənzəyəcək.

“Microsoft istifadəçilərə vidcetləri birbaşa masaüstünə yapışdırmağa imkan verməklə bir addım irəli getməyi planlaşdırır. Şirkət ümid edir ki, bu həll istifadəçinin vidcetlərlə qarşılıqlı əlaqəsini artıracaq”, – deyə mənbələrdən biri bildirib.

Qeyd olunur ki, 2021-ci ildə Windows 11-in istifadəyə verilməsi ilə “Microsoft” yeni “Vidget Bar” funksiyasını təqdim edib. Qadcetlərdən fərqli olaraq, bu funksiya yalnız düyməyə basıldıqda məzmuna baxmağı nəzərdə tuturdu; defolt olaraq, vidjetlər ekrandan kənarda gizlədilib. 2022-ci ildə Microsoft üçüncü tərəf tərtibatçıları üçün widget panelini açdı.

Mənbə: AA

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki