image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-11-21t152621-143backend

Xaçmazda 20 nəfər qızılcaya yoluxub

image-728x90px

Xaçmaz rayonunda qızılca xəstəliyinə 20 yoluxma faktı qeydə alınıb.

“Report”un Şimal bürosunun məlumatına görə, son on gün ərzində rayon mərkəzindən və ətraf kəndlərdən qızılca xəstəliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 20 sakin müraciət edib.

Onlardan 5-i vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalara göndərilib, 4 nəfərə ambulator müalicə təyin edilib. Digər şəxslər isə yaşayış yeri üzrə həkim nəzarətinə veriliblər.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tamara Kərimova bildirib ki, təkcə uşaqlar arasında deyil, böyüklər arasında da qızılcaya yoluxma halları yayılıb:

“Mövsümi xəstəliklərlə yanaşı, qızılca xəstəliyi də yayılıb. Qızılcanın ilkin əlamətləri hərarətin 38-40 dərəcəyə yüksəlməsi, bədəndə səpkilərin olması, gözlərin qızarması və mədə-bağırsağın pozulması hallarıdır. Bu hallar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır. Valideynlərə tövsiyə edirik ki, uşaqlara peyvənd vurdursunlar və tibbi maskalardan istifadə edilsin. İnsan qızılca xəstəliyinə ömürdə bir dəfə yoluxur, daha sonra orqanizmdə immunitet yaranır. İkinci dəfə yoluxma olmur”.

Qeyd edək ki, xəstəliklə əlaqədar Xaçmaz rayonundakı məktəblərdə distant təhsilə keçən sinif yoxdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki