image-n1karobka_ads
image-123
image-0g3a2337backend

Xalq artisti Tünzalə Ağayeva beynəlxalq münsif seçildi – FOTO

Azərbaycanın Xalq artisti, tanınmış estrada ifaçısı Tünzalə Ağayeva növbəti dəfə beynəlxalq səviyyəli layihədə çıxışı ilə diqqət çəkib.

Doğru.az xəbər verir ki, sənətçi “Bakı 2015 – 10 illik yubileyi: İdman irsinin onilliyi və gələcəyə baxış” proqramı çərçivəsində keçirilən “Süni intellekt və idmanda innovasiya müsabiqəsi”nin təqdimat mərasimində iştirak edib və beynəlxalq münsiflər heyətinin tərkibində yer alıb.

Layihənin əsas məqsədi gənc yaradıcılıq nümayəndələrinin süni intellektdən istifadə edərək “Bakı 2015” Avropa Oyunlarının irsini və ruhunu yaratmaları, bu möhtəşəm idman hadisəsini yenidən yaşatmalarıdır. Təşkilatçılıq Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə məxsusdur.

Qeyd edək ki, bu il Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının – “Bakı 2015”in 10 illik yubileyi qeyd olunur. Məhz bu münasibətlə silsilə tədbirlər həyata keçirilir.

Süni intellekt və idmanın vəhdətində reallaşan bu layihə ölkənin beynəlxalq imicinə, idman və texnologiya sahəsindəki yenilikçi mövqeyinə dəstək məqsədi daşıyır.

Xatırladaq ki, Tünzalə Ağayeva bundan əvvəl də bir sıra beynəlxalq müsabiqələrdə və layihələrdə münsif kimi çıxış edib və gənc yaradıcı nəslin inkişafına xüsusi töhfələr verib.

Sözügedən tədbirdən videonu təqdim edirik:

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki