image-ads_n1karobka_mobile
image-1547788backend

Xameneinin yerinə o təyin olundu – FOTO

image-add-a-heading

İranda Seyid Ayətullah Xameneidən sonra ölkənin idarə edilməsi üçün olan Liderlər Şurasına yeni üzv təyin edilib.

Metbuat.az xəbər verir ki, İSNA agentliyi onun ayətullah Əlirza Arafi olduğunu deyib.

İran Konstituasiyasına görə, ali dini liderin yoxluğunda ölkəni prezident, məhkəmə şurası və Ekspertlər Məclisinin seçdiyi bir nəfər idarə etməlidir. Ötən gün bu şurada Xameneinin müşavirinin adı yer almışdı.

Arafi Xamenenin xələfləri sırasında ən çox adı çəkilənlər sırasındadır. 66 yaşlı ayətullah ölkədəki Seminariyalar İdarəsi Mərkəzinə rəhbərlik edir, həmçinin Konstitusiyanın Mühafizə Şurasının üzvü və Xameneinin xələfini seçən Ekspertlər Şurasının sədrinin ikinci müavinidir.

DOĞRU.AZ

image-835dbfba34-elirza-erafi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki