Rusiya ilə İran arasındakı münasibətləri xarici qüvvələr korlaya bilməz.
Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko deyib.
Diplomat qeyd edib ki, dövlətlər arasında münasibətlər “dostluq və mehriban qonşuluq təməli” üzərində qurulub.
“Rusiya-İran münasibətləri… düşmənlərin bütün vicdansız vasitələrdən istifadə edərək iki ölkə arasında gərginlik yaratmaq cəhdlərinə baxmayaraq, kənar təsirlərə məruz qalmır”, – Rudenko bildirib.
Bundan əvvəl Rudenko bildirib ki, Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin hazırlanmasını başa çatdırıblar.
Mənbə TASS