image-ads_n1karobka_mobile
image-206a10d5-bfab-44e2-80d3-778a93de4229-pic_32ratio_1200x800-1200x800-10976backend

Xiaomi şirkəti 55 düymlük 4K ekranlı büdcə televizorunu nümayiş etdirib

Xiaomi şirkəti 55 düymlük 4K ekrana və metal korpusa malik yeni Mi TV EA55 televizorunu təqdim edib.

Bu barədə ITHome portalı məlumat yayıb.

Mi TV EA55 televizoru 3840×2160 piksel təsvir ölçülü 55 düymlük ekran alıb ki, bu da ön panelin 97,1%-ni tutur. Baxış bucaqları 178 dərəcəyə çatır və rəng gamutu 1,07 milyard çaları dəstəkləyir. Şəkil yeniləmə sürəti standart 60 Hz-dir.

Mi TV EA55 dördnüvəli prosessor, 1,5 QB əməli yaddaş və 8 QB daxili yaddaşa malikdir. Televizor TV 3.0 əməliyyat sistemi üçün MIUI-də işləyir və səslə idarəetməni dəstəkləyir.

Mənbə: Autotech


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki