image-n1karobka_ads
image-123
image-2023-05-14_15-56-pic_32ratio_1200x800-1200x800-72742backend

Xiaomi şirkəti Apple Watch-a rəqib təqdim edəcək

image-ad_qayo_720x110px

Çinin Xiaomi şirkəti Google-un Wear OS əməliyyat sistemi ilə işləyən ilk ağıllı saatını təqdim etməyi planlaşdırır.

Bu barədə Xiaomiui portalı məlumat yayıb.

Qeyd olunur ki, M2235W1 kod nömrəsi altında olan qurğu artıq EEC və TUV PLS sertifikatını alıb və indi o, Koreya tənzimləyicisi NRRA-nın məlumat bazasında peyda olub və bu, saatın tezliklə buraxılmasından xəbər verir.

Şayiələrə görə, yeni Xiaomi ağıllı saatı SİM kartlar və ya e-SIM dəstəyi alacaq ki, bu da istifadəçilərə smartfona qoşulmadan onlardan zəng etmək imkanı verəcək. Eyni zamanda, hələlik cihaz haqqında başqa təfərrüatlar açıqlanmayıb. Saatın Xiaomi Watch adı ilə buraxılacağı güman edilir, lakin cihazın əsl adı hələlik məlum deyil.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki