Doğru.az xəbər verir ki, yanvarın 25-də Xırdalanda baş verən partlayış nəticəsində zərər çəkmiş 41 ailə dövlətin nəzarətinə götürülərək kirayə evlərdə yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,partlayış nəticəsində mənzillərə dəymiş ziyan araşdırıldıqdan sonra təmir işlərinə başlanılacaq.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, baş verən məsələ Birinci Vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarətindədir.
























