image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-73backend

Yağış Bakı sakinlərinə çətin anlar yaşadıb – VİDEO

image-728x90px

Gecə saatlarından başlayan yağış Bakı sakinlərinə çətin anlar yaşadıb.

Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yağış suları yola toplanıb və piyadaların, həmçinin nəqliyyat vasitələrinin keçidi üçün ciddi problem yaradıb.

Eyni vəziyyət metronun “Nizami” stansiyasının çıxışında da yaşanıb. Belə ki, yağış sularının gur axıntısı piyada keçidini yuyub və yolu keçilməz edib. Keçiddən keçə bilməyən piyadalar isə maşın yoluna çıxmalı olublar.

Həmçinin “Qış parkı”nın yaxınlığındakı yeraltı keçidi də su basıb. Səhər saatlarında keçidə dolmuş suyu çəkmək üçün bir neçə su nasosu gətirilib və su çəkilərək yeraltı keçiddə hərəkət bərpa edilib.

Həmin görüntüləri təqdim edirik:

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki