Yaponiya Ticarət Nazirliyi təbii qazın dünya ehtiyatı yaratmağı təklif edib.
Müvafiq bəyanat Beynəlxalq Enerji Agentliyinə (IEA) göndərilib. Bu barədə Bloomberg məlumat yayıb.
ABŞ-ın neft sektorunda fövqəladə ehtiyata bənzətməklə dünya qaz ehtiyatının yaradılması təklif edilir. Bu tədbir sazişdə iştirak edən ölkələrə yanacaqla bağlı problemləri həll etməyə kömək etməlidir: onun çatışmazlığından qaçmaq və qiymətləri sabitləşdirmək. Müvafiq ideya iyulun 18-də Tokioda keçiriləcək LNG İstehsalçıları və İstehlakçıları Konfransında müzakirə olunacaq.
Agentliyin məlumatına görə, Aİ-yə üzv ölkələrin təbii qazın saxlanması üçün hədəfləri var. Eyni zamanda, Asiyada mayeləşdirilmiş təbii qaz (LNG) ehtiyatı saxlayırlar, lakin zaman keçdikcə buxarlandığı üçün uzun müddət saxlanılmır.
Mənbə: Bloomberg

























