Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bildirib ki, Yaponiya İsrailin İran ərazisinə zərbə endirməsini pisləyir.
TASS xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
“Yaponiya [gərginliyin] artmasına səbəb olan bu hərəkətləri qətiyyətlə pisləyir”, – nazir bildirib.
Onun sözlərinə görə, diplomatik səylər fonunda bu hərəkətlər xüsusilə üzücüdür.
“İranın nüvə probleminin sülh yolu ilə həlli üçün diplomatik səylərin, ilk növbədə ABŞ və İran arasında aparılan danışıqların davam etdiyi bir vaxtda hərbi vasitələrdən istifadə edilməsi son dərəcə təəssüf doğurur”, o vurğulayıb.
DOĞRU.AZ