image-2000x150px
image-123
image-ads_atlas
image-17084361423146635838_1200x630backend

YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

image-728x90px

“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dəstək olmağa davam edir.

Doğru.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, mehriban, mərd qəhrəmanımız Qəzənfər Abdullayev 1993-cü il mayın 10-da Samux rayonunun Ziyadlı kəndində anadan olub. Hərbçi olmaq uşaqlıq arzusu olub və daim bu yolda irəliləyib. 2020-ci ilin sentyabrın 27-də Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərə qatılıb və həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunaraq adını qəhrəmanlıq tarixinə yazdırıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki