image-2000x150px
image-123
image-ads_atlas
image-ffaec690aaeb7b7f048c7153f22923b1backend

Yeni dərs ili öncəsi məktəbli forması mübhəmi

image-728x90px

Valideynlər “iş direktorların vicdanına qalmasın” deyir

“Məktəbli formaları bizə aid deyil. Məktəbli məktəbə formada gəlməlidir. Bu, məktəb daxilində bərabərsizliyi aradan qaldırıb, nizam-intizam gətirir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev iki gün öncə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, nazirlik yalnız formaların elmentlərini müəyyən edib: “Bizim işimiz formaları tənzimləməkdən ibarətdir. Formaların qiyməti bazardakı digər geyimlərin qiymətindən fərqlənmir. Ümumiyyətlə, formaların satışı elm və təhsil mövzusu deyil. Bu, iqtisadi münasibətlər mövzusudur. Şagirdin məktəbə forma ilə gəlməsi məktəbin tənzimləyəcəyi addımdır”.

Nazir qeyd edib ki, orta məktəblər məktəbli formalarının tərkibini ixtisar edə bilməz: “Əgər hər hansı məktəb direktoru məktəbli formalarından hər hansı elementi (şalvar/ətək və s.) çıxarırsa, valideynləri həmin məktəblə bağlı yerli təhsil idarələrinə məlumat verməsini xahiş edirik”.

Etibar Əzimov: “Əlimizdə qala bilər” Pravda.az

Etibar Əzimov

Məktəbli formalarının qiyməti də açıqlanıb. Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov bildirib ki, formalar hələlik BTE-də bazarlanacaq. Onun sözlərinə görə, “Bravo” marketlər şəbəkəsində mal mövcud deyil, ancaq verilməsi nəzərdə tutulur: “Bu il geyimlər iki – tünd-göy və boz rəngdə olacaq. Ancaq əksəriyyət tünd-göy rəngə üstünlük verir. Ağ köynək və tünd-göy rəngdə ətək və ya şalvar, bir də mavi rəngdə köynək və boz rəngdə ətək və şalvar istehsal etdik. BTE-nin mərkəzi dükanında və bir neçə gün sonra ”Bravo” marketlər şəbəkəsində satışa çıxarılacaq. Bəzi işbazlar tərkibi yun olmayan formaları yenə bazara çıxarmaq istəyirlər. Lakin məhsullarımız sadəcə bu iki yerdə satılacaq. BTE-nin bütün malları sertifikata malikdir”.

Qurum rəsmisi 1-4-cü siniflərdən başqa, digər siniflər üçün forma tikişinin nəzərdə tutulmadığını vurğulayıb: “Əvvəlki illərdəki formalarını geyinə bilərlər. Köhnə formaları geyinənlərin məktəbə buraxılmaması kimi bir hal yaşana bilməz. Bu qiymətlərdən ucuz qiymətə satılanların tərkibi yun və ya pambıq deyil, həmin məhsulların satışı tam qadağandır”.

Yeni məktəbli formalarının qiyməti bahalaşacaq?

Qeyd edək ki, həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manatdan satışa çıxarılacaq.

Xatırladaq ki, bu ilin mart ayında baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb. Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq.  Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim bu il üçün də tətbiq edilə bilər. Ancaq məktəb direktorları valideynlərə indidən tapşırıq verir ki, dərsə gələcək uşaqlar filan rəngli forma geyinməlidir. Əks halda uşaq dərsə buraxılmayacaq.

Valideynlər narazıdır – həm yeni formanın dizaynından, həm də…

Yeni formanın dizaynına gəlincə, valideynin bu barədə də bəzi şikayətləri var. Onlar hesab edirlər ki, müsbət cəhətlərdən biri qızlar üçün şalvar təqdim edilməsindədir, çünki qışda ətəkdə soyuq olur. Amma gödəkçənin nə üçün lazım olması sual doğurur. Çünki hər kəs onsuz da üst paltarını geyinir. Bundan başqa, köynəklərdəki yaxalıq və manjetlər əsas parçadan rənginə görə fərqlənir. Parça bir rəngdədirsə, onu yumaq daha asandır, lakin köynəyin köhnəlməsi riski daha çoxdur və bir qədər sonra yenisini almaq məcburi olacaq. Valideynləri narahat edən də budur.

Amma bununla paralel, valideynlər hesab edirlər ki, hazırda Təhsil Nazirliyinin bu məsələni sırf məktəblərin öhdəsinə buraxması hərc-mərclik yaradacaq. Yeni məktəbli formaları istifadəyə verildiyi ilk illərdə məktəb direktorları Bakı Tikiş Evindən alınmayan məktəbli forması ilə dərsə gələn məktəbliləri danladığı kimi, bu ildən də direktorlar yeni formaların alınması ilə bağlı valideynlərə təzyiq göstərəcək. Daha öncəki illərin təcrübəsi bunun yenə təkrarlanacağını da istisna etmir.

Bəs digər ölkələrdə məktəbli formaları ilə bağlı vəziyyət necədir? Tənzimlənmə hansı qaydadadır? Orda da təşəbbüs və qərar məktəb direktorlarının üzərindədirmi? Yoxsa dövlət müəssisələri üçün vahid forma qaydası tətbiq olunub?

Etibar Əzimov - günün əsas xəbərləri və mövzu ilə bağlı əsas hadisələr - Sputnik Azərbaycan

Dünya təcrübəsində… sual işarəsi yoxdur…

Türkiyədə məktəbli formalarının uzun tarixi var. Məktəbli forması bütün dövlət və özəl müəssisələrdə istifadə olunur. Bir sıra istisnalar var. Orta və ali məktəblərdə oğlanlar ağ köynək, pencək və qalstuk, tünd boz rəngli şalvar geyinir. İbtidai siniflərdə  mavi forma istifadə olunur. Qızlar oğlanların geyimi rəngdə köynəklər və yubka geyinir, qalstuk taxırlar. Özəl müəssisələrin öz forması var. İbtidai siniflər üçün məktəbli forması 1990-cı  illərə qədər qara idi. Ali təhsil müəssisələrinin isə heç biri geyim formaları olmayıb.

İngiltərədə məktəbli forması hamı üçün mütləqdir. Dövlət məktəblərinin əksəriyyətində forma eyni, özəl məktəblərdə isə fərqlidir. Məktəblilərin dəvamiyyətsizliyinə görə valideynlər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Uşaqlar 5 yaşından etibarən məktəbə gedir və icbari təhsil 16 yaşa qədər davam edir. Əvvəllər məktəbli formalarında əsgər üslubuna üstünlük verilirdi. Forma mavi rəngli palto üslubunda gödəkçədən ibarət idi. Kral VIII Henri dövründə göy ən ucuz boya idi və uşaqlar arasında təvazökarlığı nümayiş etdirirdi. Bu geyimin təqdim olunduğu ilk məktəb Londonda “İsanın Xəstəxanası” olub. Hazırda bu məktəb Sasseksdə yerləşir.

Rusiyada Sovet dövründə standart “universal” məktəbli forması bütün məktəblərdə istifadə olunurdu və bu hərbi üslubda xatırladan papaqdan, yaxalıqdan ibarət idi. Oğlanların geyimi çiyni yamaqlı funksional tünd göy rəngdə tikilmişdi. 1994 -2013-cü illərdə sovet dövrü zamanı məcburi olan vahid forma ləğv edilmiş və şagirdlər  cins şalvar, qısaqol köynəklər və sviter  geyinməyə başlayıblar. İndi hər bir məktəb öz xüsusi formasını seçə bilər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki