image-2000x150px
image-123
image-ads_atlas
image-1706859372664backend

Yeni hədəflərə, yeni zəfərlərə doğru – FOTO

image-728x90px

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da İmişli rayonunun Telişli, Allahmədətli, Məmmədli, Əliyetməzli və Ağamalılar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Səlim Məhərrəmov, Ziya Paşayev, İsrəfil Quliyev və Qalib Mirzəyev çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bütün sahələrdə əsl intibahın yaşandığı bir dövlətə çevrilib.

Natiqlər seçiciləri Azərbaycanın bundan sonrakı dövrdə də tərəqqi və Zəfər yolunda inamla irəliləməsi, parlaq nailiyyətlər qazanması, yeni zirvələr fəth etməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün rayonun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirib.

DOĞRU.AZ image-img-20240201-wa0060image-img-20240201-wa0062image-img-20240201-wa0061

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki