İsrail ordusuna İrana qarşı hücumların bərpasına hazırlaşmaq tapşırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail nəşri “Ynet” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir ölkənin silahlı qüvvələrinə yüksək döyüş hazırlığı vəziyyətinə keçmək əmri verib. O, “yaxın gələcəkdə” İrana qarşı hərbi əməliyyatların yenidən başlana biləcəyini istisna etməyib.
DOĞRU.AZ

























