Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası çərşənbə günü gecə Yer kürəsində səbəbi bilinməyən maqnit qasırğasının baş verdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, laboratoriyanın məlumatına görə, bu hadisə gözlənilmədən baş verib və heç bir proqnozda öz əksini tapmayıb. Alimlər bildirirlər ki, baş verənləri geriyə dönük analiz etsələr də, Yerin maqnit sahəsinin bu qədər güclü reaksiyasına səbəb ola biləcək amili müəyyənləşdirmək mümkün olmayıb.
Mütəxəssislərin sözlərinə görə, maqnit qasırğalarının əsas mənbəyi adətən Günəşdən gələn təsirlərdir. Lakin bu dəfə qeydlər Yerə heç bir təsirin çatmadığını göstərir. Digər qrafiklər – sıxlıq və temperatur göstəriciləri də əlavə izah vermir.
Alimlər baş verənləri “qeyri-adi böyük sualtı fırtına” ilə izah etməyə çalışıblar. Bu zaman maqnitosfer enerjisi heç bir xarici səbəb olmadan sərbəst buraxılır. Qasırğanın üç-altı saat ərzində səngiyəcəyi proqnozlaşdırılıb.
RT isə günəş dalğalarının təsirlərindən qorunmaq üçün əhaliyə əlavə məsləhətlər verib.
DOĞRU.AZ