image-2000x150px
image-123
image-ads_atlas
image-1708523206508739682_1200x630backend

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib

image-728x90px

Milli Hidrometeorologiya Xidmətininin məlumatına əsasən, fevralın 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda güclü külək əsəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir: “Yağışlı, qarlı havalarda avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına, eləcə də mövsümə uyğun təchizatına nəzarət etməlidirlər.

Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Piyadalardan isə ehtiyatlı olmaları, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamaları, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmələri xahiş olunur”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki