image-2000x150px
image-123
image-ads_atlas
image-fa04fe6569540fb0f609f46638411d2abackend

Yoluxma artır: qapanma olacaqmı? – Baş infeksionist AÇIQLADI

image-728x90px

Bildiyimiz kimi, ölkədə koronavirusa yoluxma və ölüm halları günü-gündən artır.

Statistikanın artması insanlar arasında təşvişə səbəb olur.

 Ölkədəki epidemioloji vəziyyətə və qapanma ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazova müraciət etdik.

Baş infeksionist bildirib ki, respublikada koronavirusa yeni yoluxma hallarında artımlar müşahidə edilsə də, bu artımlar əvvəlki dövrlə müqayisədə sıçrayışlı deyil:

“Hesab olunur ki, mənfi dinamika bir müddət davam edəcəkdir. Əksər hallarda xəstəlik yüngül keçir. Epidemioloji durum ciddi izlənilir və nəzarət altındadır. Pandemiyanın və hazırda koronovirusun daha sürətlə yayıldığı digər ölkələrin təcrübəsi onu deməyə əsas verir ki, hələlik qapanma tədbirlərinə ehtiyac yoxdur”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki