image-n1karobka_ads
image-123
image-depositphotos_212586946_l-2015-pic_32ratio_900x600-900x600-5232backend

Yunanıstan ziyarətçilərə ev heyvanları ilə birlikdə memarlıq abidələrini ziyarət etməyə icazə verir

image-ad_qayo_720x110px

Yunanıstan hakimiyyəti insanlara ev heyvanları ilə birlikdə memarlıq abidələrini ziyarət etməyə icazə verib.

KİV-in məlumatına görə, icazə verilən siyahıya Yunanıstan boyu 120-yə yaxın arxeoloji obyekt daxildir. Ölkənin Mərkəzi Arxeoloji Şurası tərəfindən yekdilliklə təsdiqlənən təşəbbüs əlilliyi olan ziyarətçilərin arxeoloji əraziləri ziyarət etməsinə yalnız bələdçi itlərə icazə verən mövcud qaydaları yumşaldacaq.

Yunanıstanın mədəniyyət naziri Lina Mendoni, “Bu qərar arxeoloji obyektlərin əlçatanlıq sisteminin oxşar qaydaların artıq mövcud olduğu digər Avropa ölkələrinin standartları ilə uyğunlaşdırılması istiqamətində ilk, lakin mühüm addımdır” deyib.

Mənbə: Gazeta.ru

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki