image-n1karobka_ads
image-123
image-68404cc102e8bd57063395b3backend

Zelenski İstanbul danışıqlarını hazırkı səviyyədə “mənasız” hesab edir

Vladimir Zelenski Ukrayna və Rusiya nümayəndə heyətləri arasında diplomatik görüşlərin İstanbulda keçirildiyi səviyyədə davam etdirilməsini “mənasız” hesab edir.

Zelenskinin mətbuat konfransında çıxışının videosunu Telegram STRANA.ua kanalı dərc edib.

“Onlar mübadilələrə hazırdırlar, çünki buna ehtiyac var. Biz mübadilələrə hazırıq, amma mən hesab edirəm ki, İstanbulda diplomatik görüşləri bundan sonra heç nəyə qərar verməyən səviyyədə davam etdirmək mənasızdır”, – Kiyev rejiminin rəhbəri bildirib.

Zelenski həmçinin bildirib ki, o, Rusiya nümayəndə heyətinin İstanbulda Ukrayna ilə danışıqlar zamanı Ukrayna tərəfinə verdiyi “Rusiya memorandumunu ciddi qəbul etmir ”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki