image-n1karobka_ads
image-123
image-z3backend

Zəngilandakı tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın başlanğıcı olan Zəngilanın Ağalı kəndində ilk istehsal müəssisəsi – “Gillmed” tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, KOBİA-nın dəstəyilə yaradılmış fabrik işçi sayını 50-yə çatdırmağı, istehsalı artırmağı hədəfləyir.

Xatırladaq ki, fabrikdə müxtəlif tibbi təyinatlı tekstil məhsulları istehsal olunur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki