Məşhur məşqçi Zinəddin Zidan məşqçilik karyerasını bərpa edə bilər.
Bu barədə Todofichajes məlumat yayıb.
Mənbənin məlumatına görə, mütəxəssis Fransa millisinə rəhbərlik etmək istəyir. O, ancaq Fransa yığmasını çalışdırmaq istəyir. Qeyd olunur ki, Zidan 2024-cü il Avropa çempionatının sonuna qədər gözləmək niyyətindədir və bundan sonra onun təyinatı mümkün olacaq. Fransa millisini indi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında milli komandanı birinci yerə çıxaran Didye Deşam çalışdırır.
Fransız mütəxəssis 2016-2018, eləcə də 2019-2021-ci illərdə “Real Madrid”i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə La Liqaya çıxarıb, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu qazanıb, iki dəfə Klublararası Dünya Kubokunu qazanıb və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Mənbə: NTV Spor