“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Doğru.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib və Səbail Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, o, 2023-cü il noyabrın 27-də saxlanılıb. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci maddəsi (qanunsuz tikinti) ilə cinayət işi açılıb. Daha sonra 206.3.2-ci maddə (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə əlavə ittiham irəli sürülüb. Lakin sonradan bu maddə üzrə cinayət işinə xitam verilib.
DOĞRU.AZ