image-n1karobka_ads
image-123
image-image_750x_67fd231bf18febackend

19 ölkənin lideri Moskvada Qələbə Paradında iştirakını təsdiqləyib

19 dövlətin lideri Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə paradda iştirak etmək üçün Moskvaya səfər etmək niyyətini təsdiqləyib.

Bu məlumatı RBC yayıb. Qeyd olunur ki, MDB dövlət başçıları, eləcə də Braziliya, Burkina Faso, Venesuela, Vyetnam, Kuba, Serbiya, Çin və Slovakiya liderləri mayın 9-da Rusiya paytaxtına səfər etmək niyyətindədirlər.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Qələbə Günündə hansı xarici qonaqların Moskvaya səfər etmək niyyətində olduğunu daha sonra açıqlayacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki