image-n1karobka_ads
image-123
image-dsc_0063backend

“27 sentyabr –Anım Günü” Naftalanda anılıb – FOTOLAR

Mənfur düşmənin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmasından bir il ötür.
27 sentyabr-Anım günü ilə əlaqədar olaraq Naftalan şəhərində tədbir təşkil olunub.

Tədbirdə ŞİH başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin adına ucaldılmış Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhər ərazisində Şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ŞİH başçısı Vüqar Novruzov, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Goranboy şöbəsinin rəisi Abdin Rüstəmov və şəhid ailəsi Zülfümar Nuriyeva çıxış edib. Tədbirin sonunda “Dəmir Yumruq”un tarixi zəfəri sənədli filmi nümayiş olunub.

DOĞRU.AZ

image-img_9686 image-img_9691image-dsc_0326

image-dsc_0063

image-dsc_0271

image-dsc_0186

image-dsc_0068

image-dsc_0104

image-anonsimg_9429 image-img_9477 image-img_9529 image-img_9549

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki