image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210925-wa0019backend

27 Sentyabr – Anım günüdür Şəhidlik.. Qəhrəmanın ölümü deyil, ölümün qəhrəmanlığıdır!

image-728x90px

27 Sentyabr – Anım günüdür. Bu ilə qədər bu tarix hər birimiz üçün bəlkə də adi sıradan bir gün idi. Lakin 2020-ci il 27 sentyabır tarixində Azərbaycan xalqının üzərinə doğan “Qələbə” günəşinin ilk parlaq şüalarını hiss edrdik . Bu günəş xalqımzın otuz illik həsrətinə son qoacaq qədər parlaq ,gələcəyimizi işıqlı edəcək qədər güclü idi.

Tarix boyunca torpaq hər zaman müqəddəs sayılmışdır. Vətən u ğrunda çoxlu sayda müharibələr olmuş, bu uğurda çoxlu qan tökülüb , çox can fəda edilmişdir. Şairin də dediyi kimi “Bayrakları bayrak yapan üstündeki kandır, Toprak eğer uğrunda ölen varsa vatandır”.
Azərbaycan xalqı həmişə əmin – amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii  ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır.

Şəhidlik.. Qəhrəmanın ölümü deyil, ölümün qəhrəmanlığıdır. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də  canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi.

Bu gün Qarabağ torpağı Şəhidlərimizin qanı ilə yoğrulub ,hər qarışı müqəddəsdir. Hər bir qəhrəman Şəhidimizin fərqli həyat hekayəsi olsa da eyni məqsədi var idi. Qələbə! Qisas! Və qanlarından, canlarından , gələcək arzularından ailələrindən fəda edərək nail oldular.

Bir qarış torpaq asan qazanılmamışdır! Bu səbəblə bizdən torpaq istəyən düşmən 27 sentyabrdan başlayaraq 44 gün davam edən Vətən müharibəsində öz layiqli cavabını ən sərt şəkildə aldı. Vətən bir millətin yuvası olduğu müddətcə o torpaq o xalqın ,millətin bayrağı dalğalanar. Qarabağımızı bu gün bəzəyən, qürürla dalğalanan üç rəngli şanlı Azərbaycan bayrağı kimi.

Döyüş meydanlarında böyük şücaət  göstərən igid əsgər və zabitlərimiz  Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və  medallara layiq  görülürlər. Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də Ordumuzun gücündən geniş bəhs edərək  demişdir: “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.”

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Yarım qalan ömürləri ilə bir ömürlük xatirədir Şəhidlər. Bu gün hər bir Azərbaycan vətəndaşının borcudur ki, sahib olduğumuz dövlətimizi ,millətimizi qorumalı və bu qələbə uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Şəhidlərimizin əmanətlərini qoruyaq və gələcək nəsillərə bu Vətəni qürurla təslim edək.

Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Əlizadə Jalə xanım

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki