image-2000x150px
image-123
image-ads_atlas
image-2023-10-07t194326z_1989180736_rc2vn3avkuf6_rtrmadp_3_israel-palestinians-pic_32ratio_900x600-900x600-57516backend

30-a yaxın uşaq HƏMAS-ın girovluğundadır

image-728x90px

HƏMAS-ın İsraildə ölkənin cənubuna hücumu zamanı əsir götürdüyü girovlar arasında 30-a yaxın uşaq da var.

Bu barədə “Jerusalem Post” məlumat yayıb.

İsrail ordusunun məlumatına görə, girovların ümumi sayı 200 nəfərə yaxındır.

Bundan əvvəl Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bildirib ki, HƏMAS girovları azad edə biləcəyini deməyib.

Bundan əvvəl Nofəl bəyan etmişdi ki, Fələstin hökuməti Rusiya vətəndaşlarının Qəzza zolağından Misirə təxliyəsi üçün köməklik göstərəcək. Diplomat qeyd edib ki, bu yaxınlarda Rusiya Federasiyasının nümayəndələri ilə müvafiq tədbirləri müzakirə edib. O cümlədən, ölkənin Xarici İşlər Nazirliyinin əməkdaşları müzakirədə iştirak ediblər.

Mənbə: TRT Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki