image-2000x150px
image-123
image-ads_atlas
image-1624013431img__0backend

Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü

image-728x90px

Xarici işlər naziri Ceyhun Bayramov “Antalya Diplomatiya Forumu” çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.

Bu barədə XİN məlumat yayıb.

Görüşdə BMT ilə Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş zamanı nazir post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, minaların təmizlənməsi, üçtərəfli bəyanatların icrası haqqında qarşı tərəfə ətraflı məlumat verib.

O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı və bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlar vurğulanıb.

Nazir üçtərəfli bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış humanitar addımlar, habelə regionda iqtisadi və nəqliyyat bağlantılarının açılmasının önəmini vurğulayıb.

Qarşı tərəf Azərbaycan ilə BMT arasında müsbət əməkdaşlıq təcrübəsinin olduğunu və bu əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Daha sonra, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən Miroslav Yença, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər, habelə Azərbaycanla BMT tərəfdaşlığı və potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki