image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220311_113028_040backend

İrina Zaretska Azərbaycanı seçmə səbəbini deyib!

image-728x90px

Əslən Ukraynadan olan karateçi İrina Zaretska Azərbaycanı seçməsinin səbəbini açıqlayıb.

Doğru.Az xəbər verir ki, 26 yaşlı idmançı bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

İkiqat dünya və Avropa çempionu bildirib ki, 7 il əvvəl yerli federasiyadan dəstək olmadığı üçün bu addımı atıb: “Təəssüf ki, müxtəlif səbəblərdən rədd edildim. Bundan sonra ya karate ilə vidalaşmalı, ya da başqa federasiyadan gələn təklifi qəbul etməli və karyeramı həmin ölkədə qurmalı idim. Əlbəttə, o zaman mənim bir fikrim var idi: çıxış etmək, qələbə qazanmaq, ən yaxşıların yaxşısı olmaq istəyirəm! Tale indi mənə bunu gerçəkləşdirmək şansını verirsə, bundan mütləq istifadə edəcəyəm”!

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bu qərarı verərkən təzyiqlə üzləşəcəyini proqnozlaşdırdığını söyləyib: “Çünki burada mən artıq yadam və oraya aid deyiləm. Amma amma bunların hamısı 2-ci planda idi. Çünki əsas məsələ hədəfim və irəliyə can atmağım idi! Və nəticə – nəyə nail olmuşam? Bu ölkədəki bütün digər idmançılar ümumi əsasda öz əməyi ilə etdikləri işlərə tamamilə layiqdirlər”.

Zaretska deyib ki, onu başqaları ilə də müqayisə etməyə dəyməz: “Çünki onların heç biri mənim yerimdə deyildi. Məndə real təklif və imkanlar var idi. İndi bütün nailiyyətlərimə görə Azərbaycana çox minnətdaram! Mən burada mükəmməl karyera qura və Azərbaycanı öz səviyyəmdə maksimum dərəcədə təmsil edə bildim. Gələcəkdə də bunu layiqincə edəcəyəm”.

Hazırda Ukraynada müharibə getdiyini söyləyən karateçi uşaqlara, qadınlara, qocalara aman verilmədiyini vurğulayıb: “İndi sadə oğlanlar ölkəmizi və ailələrimizi müdafiə edirlər. Hücum etmirlər, sadəcə, Vətəni qoruyurlar. Bəli, minlərlə insan ölür və milyonlarla adam hər dəqiqə bu qorxu ilə yaşayır. Mən heç bir müharibəyə haqq qazandırmıram və günahsız insanların ölümü sivil cəmiyyətimizin faciəsidir. Bu vəziyyətdə düşünürəm: xalqıma, yaxınlarıma, dostlarıma necə kömək edə bilərəm ki, dəhşət bitsin”!

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki