image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220131-wa0167backend

EHİM “Rəqəmsal icra hakimiyyəti” layihəsilə bağlı yeni rayonlar üçün təlim keçirib

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində növbəti təlimlər keçirib. Ötən ilin noyabr ayında pilot layihə olaraq ictimaiyyətə təqdim təqdim edilmiş “Rəqəmsal İcra Hakimiyyəti”-rih.gov.az portalı vasitəsilə sosial-iqtisadi aktiv 3 bölgə – Gəncə şəhəri, Masallı və Quba rayonları icra hakimiyyətlərinin bir çox xidmətləri elektronlaşdırılıb.

Layihənin genişləndirilməsi məqsədilə yanvarın 26-dan təlimlərə başlanılıb. Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon icra hakimiyyəti nümayəndələri onlayn təşkil olunmuş təlimlərdə iştirak ediblər.

Təlimdə portalın həm vətəndaşlar, həm də icra hakimiyyətləri üçün yaradılan funksionallıqları haqqında geniş məlumat verilib.

Bildirilib ki, rih.gov.az portalı vətəndaşlara yerli icra hakimiyyətləri xidmətləri üçün elektron qaydada müraciət etmək, görüşün təyin edilməsi üçün onlayn müraciət etmək, onlayn görüş müraciəti yaratmaq, onların fəaliyyəti haqqında məlumat almaq, müxtəlif mövzuları aktuallaşdırmaq imkanı yaradır. İcra hakimiyyətləri isə “Rəqəmsal icra hakimiyyəti” portalının təqdim etdiyi üstünlüklər sayəsində fəaliyyətlərini daha da səmərəli və operativ qura biləcək, vaxt və resurslarına qənaət edərək daha operativ qərarlar qəbul edə biləcək.

Tədbirdə, həmçinin EHİM tərəfindən yaradılan və idarə edilən rəqəmsal xidmətlər haqqında geniş söhbət açılıb.

Təlimin ikinci hissəsində isə Dövlət Agentliyinin əməkdaşları tərəfindən “Elektron Sənəd Dövriyyəsi” sistemi ilə bağlı təqdimat keçirilib. Tədbirdə icra hakimiyyəti nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki