image-2000x150px
image-123
image-ads_atlas
image-1620026205_hpbackend

Bir Dahinin həyat səlnaməsi..

image-728x90px

Hafiz Mir Cəlal oğlu Paşayev, 2may 1941ci ildə Bakı şəhərində anadan olmuşdur. O 1963 –cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmiş və1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır.

Hafiz Paşayev 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmiş, 1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Sonrakı yəni 1975–1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində elmi tədqiqatlarını davam etdirmişdir.O, 1992 –2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqalada və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.Hafiz P. 100-dən artıq elmi əsərlərin, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.Evlidir, iki övladı, dörd nəvəsi var. Hafiz Mir-Cəlal oğlu Paşayev 2 may 2011-ci il Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə “Şöhrət” ordeni ilə və 2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunmuşdur. Hafis Paşayev 9 iyul 2019-cu ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və 29 aprel 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Əziz və dəyərli Hafiz müəllim, sizə uzun ömür, can sağlıqı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Allah qorusun sizi əziz insan.Hər zaman xoş günlər görəsiniz.Siz mənimçün əziz insansınız.

Hörmətlə : ictimai Birliyin üzvü və könüllüsü, İDEA ictimai birliyin Könüllüsü, İrəli İctimai birliyin üzvü, Davam gənclər hərəkatının Diplomatiya Klubunun Üzvü, Böyük qayıdış Gənclər təşkilatın Könüllüsü, Gənc beynəlxalq hüquqşünaslar ictimai birliyin üzvü və könüllüsü, Gənclər və İdman Nazirliyinin idman könüllüsü, Suraxanı gənclər evinin üzvü, Sabunçu gənclər evinin üzvü, Bakı gənclər mərkəzinin tədbirlərində iştirakçı, Deputat Nigar xanım Arpadarainin tədbirlərində könüllü, 1-ci Vitse Prezident Mehriban Xanım Əliyevanın könüllülərində könüllü, Azərbaycan gənclik platformasının üzvü, Xətai rayon icra hakimiyyətin Könüllüsü, Bravo 5063 marketin əməkdaşı və YAP-ın üzvü, Fərid Şərifov.

DOĞRU.AZ

image-img-20220106-wa0038

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki