image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220209_093922_330backend

Fərid Qayıbov Azərbaycan çempionatının açılış mərasiminə qatıldı

image-728x90px

Bu gün güləş üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatına start verilib.

Doğru.Az xəbər verir ki, ilk yarış günündə 7 çəkidə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Medal görüşlərindən öncə çempionatın təntənəli açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bunları deyib:

“Uzun müddətdir güləş yarışlarından uzaq qalmışdıq. Artıq hər şey tədricən yoluna düşür. Bu gün gənc idmançıların, gələcəyin çempionlarının yarışlarını izləyə bilirik. Çempionatın keçirilməsində əməyi olan Güləş Federasiyasına və Təşkilat Komitəsinə təşəkkürümü bildirirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Daha sonra söz Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevə verilib:

“Pandemiya ilə əlaqədar bu yarışı keçirə bilmirdik. Uzun fasilədən sonra gənclərin Azərbaycan çempionatı baş tutur. Martda 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək. Bu yarışda çempion olan güləşçilərin əksəriyyəti həmin qitə birinciliyində ölkəmizi təmsil edəcək. Olimpiya Oyunlarına demək olar ki, 2 il qalıb. Bu çempionatın qaliblərinin ölkəmizi Paris-2024-də təmsil etmək şansları yüksəkdir. Bu səbəbdən gənclərin Azərbaycan çempionatının bizim üçün böyük əhəmiyyəti var. Yarışımıza təşrif buyurduğu üçün cənab nazirimizə təşəkkürümü bildirirəm”.

Federasiya rəsmisi yarışı açıq elan etdikdən sonra dövlət himni səsləndirilib və açılış mərasimi başa çatıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki