image-2000x150px
image-123
image-ads_atlas
image-img1178314backend

4 saylı doğum evində qaziyə hörmətsizlik edən həkim vəzifəli şəxs imiş – VİDEO

image-728x90px

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunmasının detalları məlum olub.

Sözügedən doğum evinin baş həkimi Kəmalə Heydərova bildirib ki, baş vermiş hadisəni sosial şəbəkələrdə görüb:

“Doğum şöbəsinin həkimi Sevinc Məmmədova tərəfindən doğuş icra olunub. Hamilənin qızı dünyaya gəlib. Məsələ ilə bağlı xəstə yiyəsi tərəfindən bizə müraciət olunmayıb. Hazırda görüntülərdə əks olunan hadisə ilə bağlı həkimdən izahat alınır”.

Baş həkim K.Heydərova vurğulayıb ki, altı aydır rəhbərlik etdiyi xəstəxanada bu kimi mənfi halla ilk dəfədir qarşılaşır.

Ətraflı “Xəzər Xəbər“in süjetində:

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki