image-n1karobka_ads
image-123
image-68b8cc6402e8bd635f02f587backend

ABŞ 2030-cu illərin əvvəllərində Marsa insan göndərməyi planlaşdırır

image-ad_qayo_720x110px

ABŞ 2030-cu illərin əvvəllərində Marsa insan göndərməyi hədəfləyir.

Doğru.az xəbər verir ki, nəqliyyat naziri və NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi bu barədə “Fox News” telekanalına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, missiya səkkiz aydan çox davam edəcək.

“Marsa uçmaq, sonra orada qalmaq və geri qayıtmaq səkkiz aydan çox vaxt aparacaq”, – deyə Duffy bildirib.

O, bu planları kritik əhəmiyyətli adlandırıb və qeyd edib ki, Aya ediləcək uçuş təcrübəsi Mars missiyası zamanı astronavtların həyatını təmin etməkdə həlledici rol oynayacaq.

Qeyd edək ki, daha əvvəl Daffi ABŞ prezidenti Donald Trampın səlahiyyət müddəti bitməmiş ölkənin Aya eniş etməyi planlaşdırdığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki