Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) 100-dən çox əməkdaşı ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən inzibati məzuniyyətə göndərilib.
“Təxminən saat 16:20-də Milli Təhlükəsizlik Şurasının Baş Qərargah rəisi Brayan Makkormak e-məktub göndərərək, işdən çıxarılan işçilərə masalarını boşaltmaq üçün 30 dəqiqə vaxtlarının olduğunu bildirib”, – CNN xəbər verir.
İnzibati məzuniyyətə göndərilənlərə həm karyera rəsmiləri, həm də Tramp administrasiyasının təyin etdiyi şəxslər daxildir.
Axios daha əvvəl bildirmişdi ki, Tramp və dövlət katibi Marko Rubio MTŞ-ni “dərin dövlət” olaraq görərək islahatlar aparır.
Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bir müddət əvvəl “dərin dövlət”in Amerika liderinə şiddətli müqavimətindən danışıb.
DOĞRU.AZ