Birləşmiş Ştatlar Ukraynaya yeni xilas paketi verməməli, bunun əvəzinə Vaşinqton daxili problemlərin həllinə diqqət etməlidir.
Bu fikri “Fox News” telekanalının efirində ABŞ Araşdırmalar İnstitutu, Heritage Fondunun prezidenti Kevin Roberts deyib.
Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı xeyli zəifləyib, dövlət Ukraynaya indiki maliyyə dəstəyini ödəyə bilmir.
“Buna görə də mən yeni 24 milyard dollarlıq xilas paketinə qəti şəkildə qarşıyam” dedi Roberts.
Ekspert əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə yardımın ayrılması mexanizmi daha şəffaf olmalıdır.
Avqust ayında Bayden Konqresdən əlavə xərclər üçün 40 milyard dollar istədi. Bunlardan 24 milyard dolların Kiyevə ayrılacağı gözlənilir: 13,1 milyard dolları hərbi xərclər üçün.
Mənbə: Haber 7