image-2000x150px
image-123
image-ads_atlas
image-2022-07-08t163546z_717942395_rc2s7v9zdn3z_rtrmadp_3_usa-abortion-biden-pic_32ratio_900x600-900x600-67183backend

ABŞ Baydenin oğlunun əməliyyatlarında iştirakına dair “təkzibedilməz sübut” elan etdi

image-728x90px

ABŞ Nümayəndələr Palatasının Kentukki ştatından olan respublikaçı üzvü Ceyms Komer, prezident Co Baydenin oğlu Hunter Baydenin biznes sxemlərində iştirak etdiyinə dair “təkzibedilməz sübutların” olduğunu söylədi.

O, bu barədə Fox News telekanalında bildirib.

“Co Baydenin bütün bu qaranlıq biznes sxemlərində iştirak etdiyinə dair təkzibolunmaz sübutlar var. Bu problemdir. Bu, bizim milli təhlükəsizliyimiz üçün təhdiddir”, – Komer bildirib.

Onun sözlərinə görə, bank köçürmələri “Baydenin ən azı beş fərqli ölkədə xarici vətəndaşlardan 20 milyon dollar götürdüyünü” göstərir.

“Onlar bu 20 milyon dolları qazanmaq üçün nə etdiklərini deyə bilməzlər” dedi konqresmen.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki