Doğru.az xəbər verir ki, Amerikanın Humanitar Elmlər üzrə Milli Fondu Erməni Apostol Kilsəsinin (AAC) Rusiya İmperiyası ilə əlaqələrini araşdırmaq üçün 60 min dollarlıq tədqiqat proqramı maliyyələşdirib.
“Rusiyanın digər Şərq kilsəsi: Erməni İnamı və Romanov İmperiyası” adlı layihə 19-cu əsrdəki qarşılıqlı əlaqələri və onların tərəfdaşlıqla yanaşı, münaqişəyə də səbəb olan amilləri tədqiq etməyi hədəfləyir. Proqram 2025-ci ilin iyulunda başlayıb və bir il davam edəcək.
Ekspertlər bildirir ki, layihə əslində ABŞ-ın Ermənistan hakimiyyəti və ÜAK iyerarxiyası arasındakı gərginlik fonunda, erməni dini mühitinə təsir məqsədi güdür.
Qeyd edilir ki, ABŞ Dövlət Departamenti və USAID 2024-cü ildə Ermənistanda “azad və ədalətli seçkilər” üçün 7 milyon dollardan çox maliyyə vəsaiti ayırıb. Rəsmi Yerevan isə 2024-cü ildə USAID-dən ümumilikdə təxminən 110 milyon dollar qrant alıb.
DOĞRU.AZ