image-2000x150px
image-123
image-ads_atlas
image-438095274_1171052520574635_8299203161324528613_nbackend

ABŞ-dən Qazax rayonunun dörd kəndinin qaytarılmasına reaksiya

image-728x90px

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanın Qazax rayonunun dörd kəndinin işğaldan azad edilməsini alqışlayıb.

Bu barədə Dövlət Departamentinin rəhbəri “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinə razılıq verməsi xəbərini alqışlayırıq. Bu, dayanıqlı sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”, – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Delimitasiya Məsələləri Komissiyasının səkkizinci iclası keçirilib.

Komissiyanın iclası zamanı bir sıra məsələlər, o cümlədən Qazax rayonunun əvvəllər işğal olunmuş dörd kəndinin Azərbaycan tərəfinə qaytarılması barədə razılıq əldə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki