ABŞ dövlət katibi Marko Rubio Avropa İttifaqının Tehrana qarşı sanksiyaları bərpa etmək addımları fonunda İranı nüvə sazişi üzrə birbaşa danışıqlara dəvət edib.
Doğru.az xəbər verir ki, diplomat sazişi həm İran xalqı, həm də dünya üçün ən yaxşı variant adlandırıb:
“Buna nail olmaq üçün İran gecikmələr və çaşqınlıqlar olmadan vicdanla aparılan birbaşa danışıqlara razı olmalıdır”, – deyə o, RİA Novosti-yə açıqlamasında bildirib.
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian ABŞ-ın zənginləşdirilmiş uran müqabilində sanksiyalardan imtina etməyi təklif etdiyini açıqlamışdı. Lakin İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların mümkün olmadığını bəyan edib.
DOĞRU.AZ