ABŞ dövlət katibi Entoni Blinken telefon danışığında Vaşinqtonun Nigerdə qanuni hökumətin prezident Məhəmməd Bazuma qaytarılmasını istəmək niyyətini ifadə edib.
Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin çərşənbə günü yaydığı bəyanatı sübut edir.
Bəyanatda qeyd edilir ki, dövlət katibi Nigerdəki hadisələri müzakirə etmək üçün prezident Bazumla əlaqə saxlamağa davam edir. Birləşmiş Ştatlar Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin, Afrika İttifaqının və beynəlxalq tərəfdaşların fikirlərinə uyğun olaraq demokratik yolla seçilmiş hökumətin bərpası üçün təzyiqləri davam etdirir.
Bir gün əvvəl Dünya Bankı Nigerdəki çevrilişlə bağlı özəl sektordakı proqramlar istisna olmaqla, bütün əməliyyatlar üçün bu ölkəyə vəsaitin ayrılmasını dayandırdığını elan edib.
Mənbə: Haber Global