image-n1karobka_ads
image-123
image-68df57a902e8bd38a32d807fbackend

ABŞ hökumətinin bağlanması Ukraynaya silah tədarükünə təsir göstərəcək

image-ad_qayo_720x110px

ABŞ hökumətinin fəaliyyətinin dayandırılması Ukraynaya silah tədarükünü təxirə sala bilər.

Doğru.az xəbər verir ki, The Telegraph nəşri yazır: “Amerika silahlarının döyüş meydanına tədarükü ABŞ hökumətinin bağlanması ilə gecikə bilər”.

Məlumata görə, hökumətin fəaliyyətini dayandırmasından sonra Kiyevə hərbi dəstək mövzusunda müzakirələr də dayandırılıb. Ukrayna nümayəndə heyətlərinin ABŞ rəsmiləri ilə planlaşdırdıqları görüşlər təxirə salınıb və gələcək həftələr üçün dəyişikliklər edilib.

Xatırladaq ki, ABŞ hökuməti oktyabrın 1-də Konqresin büdcəni qəbul etməməsi səbəbindən fəaliyyətini dayandırmışdı. Daha əvvəl Wall Street Journal yazmışdı ki, Birləşmiş Ştatlar uzun müddətdir Ukraynaya gizli şəkildə pilotsuz uçuş aparatlarının istehsalında kömək edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki