image-2000x150px
image-123
image-ads_atlas
image-80-pic_32ratio_1200x800-1200x800-37502backend

ABŞ İranın 6 milyard dollarını yenidən dondura bilər

image-728x90px

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Ağ Ev Vaşinqton-Tehran məhbus mübadiləsi sazişi çərçivəsində İrana qaytarılan 6 milyard dolları yenidən dondurmaq hüququnu özündə saxlayır.

TASS xəbər verir ki, bu barədə o, Tel-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bu fondlara ciddi nəzarət edirik və onları dondurmaq hüququnu özümüzdə saxlayırıq” dedi.

Blinken vurğulayıb ki, bu məbləğə ABŞ Maliyyə Nazirliyi nəzarət edir və pul yalnız humanitar ehtiyaclar üçün istifadə edilə bilər. ABŞ dövlət katibi qeyd edib ki, bu məbləğ İranın əlinə keçmədən ərzaq, dərman və tibbi avadanlıqlara xərclənə bilər.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki