ABŞ-da dələduzluqda və qanunsuz pulların yuyulmasında ittiham olunan respublikaçı konqresmen Corc Santos cümə axşamı Braziliyada bir mağazadan oğurluq etməkdə günahını etiraf edib.
Bu barədə “The Washington Post” yazır.
Nəşr qeyd edir ki, bu iş 15 ilə yaxındır ki, davam edir.
Braziliya hökumətinin məlumatına görə, 19 yaşlı Santos 2008-ci ildə Rio-de-Janeyro şəhərinin ətrafında yerləşən kiçik bir mağazadan paltar və ayaqqabı almaq üçün 430 dollarlıq iki saxta çek yazıb. Mağaza sahibi tezliklə hüquq-mühafizə orqanları ilə əlaqə saxladı və Santos mənimsəmə cinayətində ittiham olundu.
Mənbə: A Haber
Doğru.az